Müğənni Emil Bədəlovun maraqlı sirri ortaya çıxıb

Day.Az представляет новость на азербайджанском языке.

Müğənni Emil Bədəlovun maraqlı sirri ortaya çıxıb.
 

Axşam.az-ın məlumatına görə, sənətçi "Space" telekanalında yayımlanan "Plyus-minus" verilişinə açıqlamasında dənizdən qorxduğunu etiraf edib:

"Dənizdən qorxuram. Bir kişi gözümün qabağında boğulub öldü. O gündən məndə dənizə qarşı fobiya yaranıb".

Ailəsi ilə birlikdə istirahət edən müğənni yaxın günlərdə Türkiyəyə yollanacağını bildirib:

"Ramazan ayı ərəfəsində ailəmlə birlikdə bağda dincəlirəm. Bütün günü "play station" oynayıram. Bağ işlərindən başım çıxmır, bağban mənə kömək edir. Bayramdan sonra isə Türkiyəyə istirahətə gedəcəyik".