Türk aktyorların etirafı: “Nəşəxoruq, peşmanıq”

Day.Az представляет новость на азербайджанском языке.
 

İstanbul Polis İdarəsinin Narkotiklərin Qanunsuz Dövriyyəsi ilə Mübarizə Şöbəsinin ölkənin müxtəlif şəhərlərində eyni gündə keçirdiyi əməliyyat zamanı tutulan 48 nəfərin 15-nin məhkəməsi başlanacaq.
 

Tutulanlar arasındakı 6 məşhur şəxs isə 50 min lirə ödəyərək zəmanətə buraxılıblar.

Milli.Az AHT-yə istinadən bildirir ki, İstanbul polisinin ötən ildən bəri izlədiyi, narkoticarətlə məşğul olan mütəşəkkil cinayətkar qrupun müştəriləri arasında kino və şou-biznes ulduzlarının sayı az deyildi.
 

Narkotik maddə satıcıları arasında məşhur aktyor Eray Özbal da vardı.

E.Özbal İstanbulun Cihangir səmtindəki evinin terrasında yetişdirdiyi çətənəni sonradan nəşəyə çevirərək məşhur aktyor Hakan Yılmazın sürücüsü Ahmet Sağlamın vasitəsilə tanınmış aktyorlara satırmış.
 

Tutulanlar arasında Şahin Irmak, Koray Candemir, Murat Eken, Özgür Çakıt, Sinem Gürtekin, Nehir Erdoğan, Duygu Yetiş, Mustafa Şinasi Yurtsever, Engin Günaydın, Hakan Yılmaz, Mehmet Erdem, Sarp Apak, Altan Düzyatan, Ersin Korkut ve Özge Özprinççi, Cemil Büyükdöğerli, Gökçe ÖzyolKenan İmirzalıoğlu da var.
 

Məhkəmənin qərarı ilə Engin Günaydın, Hakan Yılmaz, Mehmet Erdem, Sarp Apak, Cemil Büyükdöğerli, Gökçe Özyol 50 min lirə müqabilində zəmanətə buraxılıblar.

Eray Özbal və daha 14 nəfər isə həbsxanaya göndərilib.
 

Tanınmış aktyor Kenan İmirzalıoğlu polisdə verdiyi ifadəsində deyib: "Ağlım başıma gəldi. Bu əməliyyat mənimçün xeyirli olacaq. Etiraf edirəm, nəşə çəkmişəm. Amma bu bəladan qurtulacağam.
 

Engin Günaydın illərdən bəri nəşə çəkdiyini və tiryəkdən "faydalandığını", Şahin Irmak isə "dostlarla birlikdə nəşə çəkmişəm, amma satmamışam" deyib.
 

Murat Yıldırım və Sarp Arak nəşəxor olmadıqlarını vurğulayıblar.

Burçin Terzioğlu da nəşə çəkdiyini boynuna alıb.
 

Polis zabitlərindən biri deyib: "Tutduğumuz məşhurlardan biri nəşə çəkməyə başlayan kimi yanındakı dostunu da bu bəlaya qoşurdu. Beləcə, narkotik maddə qəbulu zəncirvari artıb".