Müğənni Demet Akalın hirsləndi Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin populyar müğənnisi Demet Akalın bayramın ikinci gecəsi Bodrum Gümbet-dəki Dedikodulu Plus-da konsert verib.

Milli.Az Habertürk-ə istinadən bildirir ki, tamaşaçıları coşduran Akalın səhnə kənarından onu telefonu ilə çəkən fanatına acıqlanıb.

"Yarım saatdır altdan-altdan çəkirsən, mən də səbirlə nə vaxt bitirəcəyini gözləyirəm. Amma görürəm ki, dinmədikcə daha da üstünə qoyursan. Səni ərimə tapşırıram", - Akalın deyib.

Sonra isə fanatına belə bir təklif edib: "Sən o şəkilləri sil, mən də sənə bir mahnı hədiyyə edim".

Bundan sonra heyranı telefonundakı şəkilləri silib, Akalın da ona mahnı oxuyaraq könlünü alıb.
Xanımını səhnənin yanındakı masadan izləyən Okan Kurt isə olanlara təpki verməyib.