Kenan İmirzalıoğlu: “12 ildir ki, klarnet çalır” – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

"Ezel" və "Karadayı" seriallarındakı rollarından sonra daha da məşhurlaşmış türk aktyor Kenan İmirzalıoğlunun mediadan sirr saxladığı məqam aşkarlanıb.

Milli.Az AHT-yə istinadən bildirir ki, Türkiyənin məşhur klarnet ustası Hüsnü Şenlendiricinin dediyinə görə, K.İmirzalıoğlu klarneti çox sevir.

"O, 12 ildir ki, klarnet çalır. Əvvəllər evimə gələr, klarnetimi götürüb musiqi ifa edərdi. İndi özünə klarnet alıb. Amma yalnız dostların yanında klarneti götürür", - H.Şenlendirici deyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.