Kənan M.M Hüseyn Dərya haqda: "O, toylara getdi, amma onun dəfninə gəlmədilər" - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке.


----------
22:17

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, məşhur rejissor Kənan M.M reper Hüseyn Dəryanın vaxtsız ölümünü heç cürə "həzm edə" bilmir. Kənanın günaşırı sosial şəbəkələrdə yerli şou-biznesin tanınmış simalarına ünvanladığı ittihamlar, həmin məşhurların yuxusunu qarışdırıb. Belə ki, rejissor bu dəfə İnstaqram hesabında ona "düz eləmirsən" mesajını yazan məşhur haqqında danışıb:

""Tak!" Millət, vəziyyət deməli belədir. Dəryayla bağlı şeir və məqalələrdən narahat olan insanlar mənə inboxa, telefonuma ismarıclar yazırlar ki, "Ay brat, düz eləmirsən", nə bilim nə. Eyyy, açın qulaqlarınızı eşidin, kimə nə ləzzət eləmirsə özü bilər. Hz İMAM ƏLİ ağam buyurur: "Haqqınızın tapdalanmasına izin verməyin, çünki, haqqınızla bərabər şərəfiniz də tapdalanır". İndi mən haqqı söyləməyim? İşinizlə məşğul olun! Allah mənlə olduqdan sonra, kim mənə qarşı olur olsun. Sizdən qorxan sizin kimi olsun!"
--------------
15:18

Tanınmış rejissor Kənan M.M sosial şəbəkədə Hüseyn Dərya ilə bağlı daha bir fikir bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Hüseyin Dəryanın dəfnində sənət dostlarının iştirak etmədiyindən gileylənib. Rejissor bu statusu yazıb: "O, toylara getdi, amma onun dəfninə gəlmədilər. Mən heç vaxt sakitləşməyəcəm".

Xatırladaq ki, Kənan M.M. bundan əvvəl yazdığı statuslarda da reperin ölümü haqda yazmış, hazırda yaşayan xalq artistləri arasında çoxlu narkomanlar olduğunu qeyd etmişdi.