Xumar Qədimova: "Efirdə nadir görünməlidir"

Day.Az представляет новость на азербайджанском языке.

MüğənniXumar Qədimova"Günəbaxan" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi efirdə az görünməsinin səbəblərini açıqlayıb:

"Nadir qadın efirdə də nadir görünməlidir. Gec-gec çıxmaq yaxşıdır. Qoy tamaşaçılar məni özləsinlər".

X.Qədimova onu sevməyənlərə də ismarıc göndərib:

"Mən hər şeyi gizli yaşamağı xoşlayıram. Başqaları sevənləri ilə görüşüb, kiməsə kömək əli uzadıb, sonra bunu reklam edir. Bu cür halları bəyənmirəm. Çox narahat adamam. Gecə yatanda da rahat olmuram. Gecə yerimə uzananda bacımı, suyu bağlayıb-bağlamadığımı, bir sözlə, hər şeyi düşünürəm".

Müğənni onu təqlid edənləri də cavabsız qoymayıb:

"Məni təqlid edirlər, amma bəyənmirəm. Olduğum kimi deyil. Xoşum gəlmir o təqlidlərdən. Buna əsəbiləşmirəm də. Mənə pərəstiş edirlər. Pərəstiş etməsələr, təqlidimi etməzlər".

Milli.Az