Samir Piriyev aparıcılıq etdi

Day.Az представляет новость на азербайджанском языке.

 

Müğənni Samir Piriyev bu gün 106.3 FM radiosunda aparıcılıq edib.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi həmkarlarından danışaraq onlara məsləhətlər verib:

"Biz müğənnilər qalmaqallardan çox sənətimizə fikir versək, uğur qazanarıq. Dedi-qodudan uzaq olmaq lazımdır. Bir-birimizə hörmətlə yanaşaq.

Şəxsiyyəti, insanlığı təhqir etmək kimə lazımdır?! Mənim də ünvanıma çox söz deyənlər var. Mən abrıma sığınıram, onlara cavab vermək istəmirəm. Susmaq savabdır. Bu savabımı korlamaq istəmirəm".