"Survivor"da türk aktyordan Azərbaycana jest

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyədə yayımlanan "Survivor" yarışmasında dünən maraqlı anlar yaşanıb.
 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, səhər yeməyi mükafatını qazanmaq uğrunda mübarizə aparan "Könüllülər" və "Məşhurlar" komandası arasında qızğın mübarizə gedib.

Hesab 3:1 "Könüllü"lərin xeyrinə olduqda, sıra "Məşhurlar" komandasında yer alan aktyor Tolqa Karelə gəlib. O, komandası üçün əhəmiyyətli olan ikinci xalı qazandırdıqdan sonra dizlərini yerə qoyaraq sevincini "Azərbaycan" kəlməsi ilə ifadə edib.

Daha sonra komandasına 9-cu xalı qazandıran Tolqa Karel yoldaşları ilə söhbətində bir daha Azərbaycanın adını çəkib. O, bu qalibiyyətini oğlu Cahangirə və Azərbaycana həsr etdiyini vurğulayıb: "Oğlum Cahangirim üçün, Azərbaycan üçün, qardaş ölkəm üçün".
 

Xatırladaq ki, aktyor Tolqa Karel azərbaycanlı model Günay Musayeva ilə evlidir və bir oğlu var.