"Survivor"da rüsvayçılıq baş verdi - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyədə populyar "Survivor" realiti-şousunun qalibi olmuş üzgüçü Derya Büyükuncu mükafat qismində aldığı 500 min lirənin yarısını pis eşidən və ya kar uşaqlara yardım göstərən xeyriyyə təşkilatlarına bağışlayacağını demişdi.

Lakin D.Büyükunçu mükafatı alandan sonra yoxa çıxıb.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, D.Büyükunçunun "Survivor"a qatılandan az sonra "qalib gəlsəm, pulumun yarısını uşaqlara verəcəyəm" sözlərini dəfələrlə təkrarlaması tamaşaçıların bir qismini qıcıqlandırmışdı. Onların fikrincə, Derya bu minvalla tamaşaçıların hisslərindən sui-istifadə etmək istəyirdi.

"Survivor"u hazırlayan "Acun Medya"nın baş koordinatoru Ebru Atasav deyib: "Artıq 3 aydır ki, Derya telefonlarımıza cavab vermir. Mükafat qismində alacağı pulların yarısını xeyriyyə təşkilatlarına verəcəyi müqaviləmizdə də yazılıb. Bir həftə də gözləyəcəyik. Əgər Derya Büyükunçu bizimlə əlaqə saxlamasa, onu məhkəməyə verəcəyik. Kar uşaqlara vəd edilmiş pulları Deryaya bağışlamaq niyyətində deyilik. Dünyanın o başına da getsə, pulları ödəmək məcburiyyətindədir".

Derya Büyükunçunun Türkiyəni tərk edərək ABŞ-da yaşadığı deyilir.


Böyütmək üçün şəkillərə klikləyin.