Müğənni Ramal İsrafilovun toyu oldu - YENİLƏNİB - FOTO - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

--------------------
15.04.2014
09:24

Dünən paytaxt məkanlarının birində müğənni Ramal İsrafilov bəylik kürsüsündə əyləşib.

Milli.Az lent.az-a istinadən bildirir ki, ifaçı Sevda adlı xalası qızı ilə ailə qurub. Aparıcı Nərgiz CəlilovaNəsib Nurun təqdimatı ilə başlayan ziyafətə şou-biznesin bir çox tanınmış simaları gəliblər.

Onların xoş gününə gələn şou nümayəndələri musiqi paylarını təqdim etməklə yanaşı, rəqsləri ilə də gecəyə rəng qatıblar.

Toyda ən yadda qalan məqamlardan biri isə Ramalın xanımı üçün bəstələdiyi mahnını ifa etməsi olub.

Xatırladaq ki, cütlüyün toyuna tanınmışlardan İlhamə Quliyeva, Nazpəri Dostəliyeva,Nadir Qafarzadə, Könül Kərimova, Fatimə Fətəliyeva (rəqqasə), Mətanət İsgəndərli, Səidə Sultan, Elnur Məmmədov, Aşıq Samirə, Roza Zərgərli, Elza Seyidcahan, Manaf Ağayev, Rəqsanə İsmayılova, Xatirə İslam, Azad Şabanov, Ayan Babakişiyeva, Emil Bədəlov, Günay İbrahimli, Çingiz Mustafayev, Elçin Cəfərov, Samir Piriyev, Elçin Hüseynov, Arzu Mirzəyeva, prodüser Aysel Məhəmməd, dj Kazım, idmançı Eduard Məmmədov, millət vəkili Qənirə Paşayeva və başqaları iştirak ediblər.

Qeyd edək ki, xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğlu olan R.İsrafilov 1985-ci il iyunun 15-də Şamaxı şəhərində anadan olub.


--------------------
14.04.2014
22:43


Bu gün bəstəkar-müğənni Ramal İsrafilov Sevda adlı xanımla ailə həyatı qurur. Milli.Az xəbər verir ki, "qafqazinfo"ya açıqlamasında sənətçi xoşbəxt olduğunu bildirib:

"Bu gün xalamqızı ilə ailə həyatı qururam, çox xoşbəxtəm. Əvvəla məni təbrik edən hər kəsə təşəkkürümü bildirirəm. Bu xoş gündə doğmalarımla yanaşı sənət dostlarım da iştirak edəcək. Xeyir işimə sayılıb-seçilən dostlarımı dəvət etmişəm, dəvətnamə göndərmədiyim şəxslər toya buraxılmayacaq.

Mərasim media nümayəndələrinə qapalı olacaq. Sağ əlimi bütün subayların başına qoyuram".

Axşam.az-ın məlumatına görə, sənətçinin toy tortunun "müəllifi" qənnadçı Bəhruzdu.

Tort telekanalların birində verilişdə canlı efirdə hazırlanıb.


---------
16:23

Bu gün müğənni Ramal İsrafilovun toyu olacaq.
 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni, Sevda adlı xanımla nikah masasına oturacaq. Mediaya qapalı olan mərasim restoranların birində baş tutacaq. Mərasimdə şou-biznesin tanınmış simaları iştirak edəcək.

Qeyd edək ki, Ramal İsrafilov açıqlamasında gələcək həyat yoldaşının xalası qızı olduğunu bildirmişdi.

----------
14:10

Videonu izləmək üçün şəklə klikləyin.



-----------------
15.04.2014
12:15


Videonu izləmək üçün şəklə klikləyin.


фото

------------------
14.04.2014
22:54