Ramalın toyuna gəlməyənlər kimlər oldu?

Day.Az представляет новость на азербайджанском языке.
 

Ramal İsrafilovun illərlə bu sənətdə çiyin-çiyinə çalışdığı bir neçə həmkarı toya təşrif buyurmayıb.
 

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, sənətçi, diva ilə barışığa imza atsa da, görünür, istəyinə tam nail ola bilməyib.

Belə ki, bu günlərdə evində toy çaldıran müğənninin gözü yollardan çəkilməyib. Onun toyuna dəvətli olanların bir neçəsi məclisə gəlməyib.

Bu siyahıya isə Aygün Kazımova başçılıq edir. Həmçinin siyahıda Brilliant Dadaşovanın və eks üzvü olduğu "A trio" qrupunun rəhbəri Abbas Bağırovun adı da var.

Əlavə məlumat üçün bildirək ki, Kazımova Türkiyədə olduğu üçün toya gələ bilməsə də, Brilliant və Abbas Bakıda olublar.

Ramal toyunu mediadan kənar keçirdiyini düşünsə də, "ATV Maqazin" bu stereotipləri alt-üst edib. Restorana daxil olarkən görüntülənən Ramalın həyəcanı elə gözlərindən oxunurudu.

Milli.Az