Xatirə İslama toyda brilliant üzük hədiyyə edildi - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Sosial şəbəkənin aktiv istifadəçisi olan müğənni Xatirə İslam yeni fotolar paylaşıb.

ANS PRESS-in məlumatına görə, müğənniniyə toyda dəyərli hədiyyə edilib. Ötən gün toy məclislərindən birində iştirak edən Xatirəyə brillant qaşlarla bəzədilmiş üzük verilib. Bu barədə şəxsi İnstaqram səhifəsində məlumat verən müğənni üzüyü bəyin atasının ona verdiyini açıqlayıb.

Üzüyün fotosunu paylaşan Xatirə qeyd edib ki o, Türkiyənin məşhur müğənnisi, daha çox lirik mahnıları ilə sevilməyi bacaran Hilal Sezainin ifa etdiyi "Üsyan" mahnısını oxuyub. İfaçı bildirib ki, onun səsi və oxuması oğlan evi və qonaqlar tərəfindən bəyənilib.

Xatirə İslamın izləyiciləri ilə paylaşdığı şəkilləri sizə təqdim edirik.

Böyütmək üçün şəkillərə klikləyin: