Azərbaycanlı müğənni Orxan Gəncəbayla görüşdü - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Müğənni Orxan Babazadə Türkiyənin sənət babası sayılan Orxan Gəncəbayla olan layihəsini nəhayət ki, gərçəkləşdirib. Milli.Az-ın məlumatına görə, bu yaxınlarda İstanbuldan qayıdan Orxan özü bu barədə açıqlama verib.

"İki gün olar, İstanbuldan qayıtmışam. Orxan Gəncəbay məni evinə qonaq çağırmışdı. Türkiyənin sənət babası Etilərdə ən gözəl məhəllədə yaşayır. Orxan Gəncəbay çox səmimi və təvazökar bir insandır. Onunla ikinci dəfə görüşməyimə səbəb "Ya rəbbim" mahnısının klip çəkilişi ilə bağlı idi. Mahnını ifamda dinlədi və çox xoşuna gəldi.

Hətta mənə sənətdə babalıq edəcəyini belə söylədi. Klipimizə gəlincə, klipin Türkiyədəki kadrları artıq hazırdır, bircə qalıb Bakıda olan görüntüləri. İnşallah, klip hazır olduqdan sonra onu Orxan Gəncəbaya göstərəcəyik. Daha sonra isə onu, söz verdiyim kimi, Kral TV-də yayımlamaq fikirindəyəm. Klipin rejissoru Əsmər Kamilqızıdır. İnşallah, Orxan Gəncəbayı hələ Bakıya da qonaq çağıracağıq", - deyə müğənni bildirib.

Böyütmək üçün şəkillərə klikləyin.