Demet Akalın qızının ilk görüntüsünü paylaşıb – FOTO - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

"Canım atam, yaxşı ki, dünyaya gəlmisən, yaxşı ki, mən doğulmuşam"

Türkiyəli məşhur müğənni Demet Akalın qızı Hiranın ilk videogörüntüsünü paylaşıb.

Anspress-in məlumatına görə, iki ay qabaq dünyaya övlad gətirən ifaçı nəzərdən qorxduğuna görə qızının şəkillərini çəkməyə icazə vermirdi. Ötən gün isə minlərlə izləyicilərinə sürpriz edərək qızının ilk videogörüntüsünü İnstaqram səhifəsində paylaşıb. Həyat yoldaşı Okan Kurt ilə yataqda olarkən körpəsinin adından kameraya maraqlı açıqlamalar edib.

"Canım atam, yaxşı ki, dünyaya gəlmisən, yaxşı ki, mən doğulmuşam. Səni çox sevdiyimi anama demə, üzülər, o da səni çox sevir. Seyr edən hər kəs Maşallah desin!"

Qeyd edək ki, övladına qarşı həssas olan Demet və Okan ötən günə qədər media nümayəndələrinə qızlarını görüntüləməyi qəti olaraq qadağan etmişdilər. Dünən həyat yoldaşının doğum gününü qeyd edən müğənni hər kəsə sürpriz etmək qərarına gəlib.

Hiranın ilk görüntülərini oxcularımıza təqdim edirik.

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.
Читать полностью:  http://news.day.az/society/483651.html



фото



Böyütmək üçün şəkillərə klikləyin.