Azəri Günel “Hər şey daxil” verilişinin qonağı olub – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Müğənni Azəri Günel Zeynalova "ShowTV" də yayımlanan "Hər şey daxil" verilişinin qonağı olub
 

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, aparıcılar Alişan Çağla Şikel sənətçiyə sürpriz olaraq atası Rəhman Zeynalovu da efirə dəvət ediblər. R.Zeynalov aparıcıların "Niyə qızın ailə qurmur" sualına belə cavab verib:

"Müğənni atası olmaq çətindir. Evi, işi olan, halal süd əmmiş biri çıxsa, əlbəttə, ailə qurmağına icazə verəcəm. Bu günə kimi qızıma elçi düşən çox olub. Amma qismət deyilmiş. Onun seçəcəyi insanın müğənni, azərbaycanlı olub-olmamasına da önəm vermirəm".

Evindən süjetlər yayımlanan Günel bənövşəyi rəngi çox sevdiyini və ayaqqabı kolleksiyası yığdığını bildirib:

"Qarderobumda saysız-hesabsız ayaqqabı var. Onları qoymağa yer tapmıram. Bir də daş-qaş vurğunuyam. Oturacaqlarımın, pərdələrimin üstünə qaşlar düzülür".

Böyütmək üçün şəkillərə klikləyin.