Azəri Günel: “Recep İvedikə oxşayırdım”

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Azəri Günel "Show TV"də yayımlanan "Hər şey dahil" proqramının qonağı olub.
 

"Qafqazinfo"nun məlumatına görə, ifaçı verilişin aparıcıları Alişanla Çağla Şikelin suallarını cavablandırıb.
 

İfası ilə hər kəsi heyran edən Azəri qızı atası ilə münasibətlərindən söhbət açıb: "Atam paltarlarıma qarışır, bayaq mənə dedi ki, paltarın bir az uzun olsaydı, yaxşı olardı. Oturuşuma-duruşuma fikir verməyi sevirəm, frikir vermək istəmirəm. Qaşlarımı almaq üçün də atamdan icazə aldım.
 

Azərbaycanda adət-ənənə var, qızlar qaşını almaz. Kipriklərimə tuş çəkəndə, qaşlarıma qarışırdı, Recep İvedikə oxşayırdım.
 

Onun icazəsi ilə qaşlarımı 20 yaşımda aldım. Atam mənim dostumdur, səyahət yoldaşımdır".
 

İfaçı eyni zamanda yeni layihələrindən söhbət açıb: "Dayanmadan yeni layihələr üzərində işləyirik. İbrahim Tatlısesin klassiklərini oxuyacam. İbrahim abi mənə pul istəmədiyini bildirdi və gözəl mahnılarını oxumağımı məsləhət gördü.


Artıq oxuyacağım mahnıların siyahısını hazırlayırıq". Verilişin digər qonağı olan müğənninin atası Rəhman Zeynallı qızının şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.
 

O bildirib ki, namuslu-qeyrətli şəxsə müğənni atası olmaq çətindir, onu hər zaman qorumağa çalışıram: "Ata-qız dostluğumuz var. Halal süd əmmiş insan gəlsə, qızımı evləndirərəm. Ailə quracağı insanın sənəti önəmli deyil, əsas odur insan olsun. Qızımı çox istəyən oldu, amma vermədim. Allah Günelə işi-gücü, namusu-qeyrəti olan bir şəxs qismət etsin".

Qeyd edək ki, Azəri qızı Günel daha sonra atası ilə "Bu gecə" mahnısını ifa edib.

Milli.Az