Necat İşlerin evə buraxılmasına icazə verilib

Day.Az представляет новость на азербайджанском языке.

3 aya yaxındır xəstəxanada müalicə olunan məşhur aktyor Necat İşlerin evə buraxılmasına icazə verilib.

Anspress-in xəbərinə görə, uzun müddətli müalicədən sonra evə buraxılan aktyor əlini zəfər mənasını daşıyan "V" şəklində tutaraq şəklini çəkdirib və "Twitter" hesabından paylaşıb. Onun bu görüntüsü pərəstişkarlarını həm sevindirib, həm də aktyorun üzündəki dəyişikliyə görə bir az kədərləndirib.

"2014-cü il fevralın 8-də başqa bir xəstəxanadan reanimasiya şöbəmizə köçürülən Necat İşlerin səhhətindəki müsbət dəyişikliklərə görə xəstəxanadan evə buraxılaraq, müalicəsinə evdə davam etdirilməsinə icazə verilib." - deyə sənətçinin müalicə olunduğu Amerikan xəstəxanasından açıqlama verilib.

Xatırladaq ki, İstanbulda Amerikan xəstəxanasında müalicə olunan məşhur aktyor yanvarın 17-də ağciyər infeksiyası və nəfəs çatışmazlığı ilə bağlı septik şok keçirərək Bodrumda xəstəxanaya aparılmış və yanvarın 22-də təyyarə ilə İstanbula köçürülmüşdü.