Univision-un qalibi: “Çıxışdan qabaq çox stress keçirirdim” – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Univision-2014-ün qalibi azərbaycanlı tələbə Günay Bədəlovadır.
 

Milli.Az-ın əməkdaşı ilə söhbətində o bildirdi ki, fərqli planları var:
 

- ADA Universitetinin beynəlxalq münasibətlər fakültəsində təhsil alıram. Musiqiyə marağım uşaqlıqdan, 8-9 yaşımdan var. Həmişə evdə müğənnilərə qulaq asıb, onlar kimi oxumağa çalışardım. Uşaqlıqdan bəri Selin Dion, Beyons kimi müğənnilərə pərəstişkarlıq etmişəm.

- Qalib gəldiyinizi anlayanda...

- Konsertəki çıxışdan qabaq çox stress keçirirdim. Səhnəyə çıxanda isə təlaşı, narahatlığı unutmağa, özümü toplamağa çalışdım. 4 dəqiqəlik çıxışımın qüsursuz olmasını istədim. Doğrusu, nəticələr səslənməyə başlayanda qalib olacağıma inanmırdım. İnana bilmirdim. Hər şey yuxu kimi idi. Çox sevinirdim.

- Eurovision-a qatılmaq istərdinizmi?

- Eurovision barədə hələ ki fikirləşmirəm. İndi mənim üçün ən önəmli məsələ təhsildir.

- Yəni gələcəkdə...

- Gələcəkdə istərdim ki, fəaliyyətimi öz sahəmdə davam etdirim. Yəni beynəlxalq münasibətlər sahəsində çalışım. Ali təhsilimi başa vurub karyera qurmaq fikrindəyəm.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.