Xalq artisti doğum gününü belə qeyd etdi – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Xalq artisti, aktrisa Məleykə Əsədova ötən gün doğum gününü ailə üzvləri ilə birgə qeyd edib
 

Milli.Az gecce.az xəbər verir ki, xalq artisti ad günü ilə bağlı İnstaqram səhifəsində bunları yazıb:

"Doğum günümü evimdə qeyd etdim. Doğmalarım, əzizlərim səhərə qədər bizdə olublar. Məni çox sevindirdilər. Nə yaxşı ki varsınız. Şükür bu günümə, həyat çox gözəldir".

Qeyd edək ki,Məleykə Əlifağa qızı Əsədova 1967-ci il aprel ayının 23-də Neftçala rayonunda anadan olub.

1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Məleykə Əsədova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olub.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.