Oksana Hindistanda məşhur yarışmaya qatıldı

Day.Az представляет новость на азербайджанском языке.

Üç həftə əvvəl Hindistana yola düşən rəqqasə Oksana Rəsulova səfərinin məqsədini açıqlayıb

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi orada "İndias Best Cine Star Ki Khoj" şousuna qatılıb. Hindistanın ən məşhur kanalı olan ZEE TV-də hər həftənin şənbə və bazar günü yayımlanan şouda Oksana rəqsini nümayiş etdirib.

Sənətçi müsabiqə haqqında bunları vurğulayıb:
 

"Yarışmanın seçim turlarına iki mindən çox adam qatılıb. Onlardan yalnız yüz nəfər "Mega audition"a seçilməli idi. Mən seçildim. Sonda üç mərhələ olacaq. Finala 12 nəfər seçilməlidir. Bundan sonra nələr olacağını "Youtube" kanalımdan izləyə bilərlər. İnşallah məndə alınar. Münsif kürsüsündə Bollivud aktrisası Sonali Bendre, aktyor Ayuşman Hurana, tanınmış rejissor Vijay Krişna Açarya əyləşib. Çox şadam ki, Azərbaycanı bütün Hindistan tanıdı. Buna görə məni təbrik edən insanlar var olsun".