Demet Akalın Bodrumda konsert verib - FOTO Day.Az представляет новость на азербайджанском языке.


Türkiyənin populyar müğənnilərindən olan Demet Akalın Bodrumdakı üzən "Disko Club Catamaran"da konsert verib.
 

4 mahnı oxuyandan sonra D.Akalın səhnəni tərk edib.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, "Türkan" mahnısını oxuyarkən qarşıdakı tamaşaçılardan birinin smartfonla onun fotosunu çəkdiyini görən D.Akalın sinirlənib: "Bu da məni altdan çəkir. Sanki, manyakdır".
 

Daha sonra tamaşaçılara "Almaniyadan gələn varmı aranızda?" səslənən Akalın gurultulu "Hə!" cavabını eşidəndə söyləyib: "Yəni yarı almansınız. Kubokunuz xeyirli olsun".

Böyütmək üçün şəkillərə klikləyin: