Acun Ilaclı ilin bombasını partladır Day.Az представляет новость на азербайджанском языке.

Məşhur türkiyəli aparıcı Acun Ilaclı şok addımı ilə hamını heyrətə saldı. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun ilin bombasını partlatmaq istəyir. Belə ki, aparıcı Türkiyə çempionatında əsas komandaların oyununu verən Liq TV ilə danışıqlara başlayıb.

Acun Ilaclı Türkiyə çempionatının bütün oyunlarını bundan sonra pulsuz olaraq tamaşaçılara təqdim etmək istəyir. Onun sözlərinə görə, dünyanın çox az ölkəsində oyunlara pul verilib televizordan baxılır: "Məqsədim futbolsevərlərə oyunları pulsuz təqdim etməkdir".

Bunun üçün də Acun Ilaclı Liq TV kanalını almağı düşünür.