Aparıcı Samirə Rüstəmovanın toy tarixi bəlli olub

Day.Az представляет новость на азербайджанском языке.

Aparıcı Samirə Rüstəmovanın toy tarixi bəlli olub.
 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, psixoloq Kənan Rəhimovla nişanlanan aparıcı məclisin oktyabrın 20-də keçiriləcəyini deyib. Başı toy hazırlıqlarına qarışan cütlük yaradıcı işlərini də unutmayıb. Belə ki, eyni zamanda rejissorluq edən K.Rəhimov və S.Rüstəmova ötən gün Qobustana yollanıblar.

Kənan bu səfərin yeni sənədli filmin çəkilişləri ilə bağlı olduğunu bildirib:

"Filmin rejissoru Samirə, ideya və ssenari müəllifi mənəm. Əvvəlcə sınaq üçün video çəkib Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişdik. Bəyəndilər və bir qədər də genişmiqyaslı çəkməyimizi istədilər. Ötən gün Qobustana gedib, məkana baxdıq. Qədim sivilizasiyanın yeni izlərini təqdim etməyi düşünürük. Daha peşəkar və maraqlı olacaq".