"Muhteşem yüzyıl"ın şahzadəsi belə dəyişdi - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin ən populyar teleserialı olmuş "Muhteşem yüzyıl"da "Şahzadə Mustafa" rolu ilə populyarlığını daha da artırmış aktyor Mehmet Günsür yeni filmdə tam fərqli obrazdadır.

Milli.Az AHT-yə istinadən bildirir ki, "Taff Pictures" studiyasının çəkdiyi, ssenari müəllifi və rejissoru Çağan Irmak olan "Unutursam fısılda" filmində baş rolları Mehmet Günsür, Kerem Bürsin və Işıl Yücesoy oynayırlar. Filmdə "Tarık" rolunu oynayan Mehmet Günsür çəkilişlər üçün İzmirdədir.

"Mühteşem yüzyıl"dakı çəkilişlərlə bağlı son iki ildə həddən artıq işlədiyini deyən aktyorun dediyinə görə, italyan xanımı Moncio ilə üç övladına yetərincə vaxt ayıra bilmir.

Böyütmək üçün şəkillərə klikləyin.