Türk aktrisanın qalmaqalları bitmir - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin tanınmış aktrisalarından olan Nürgül Yeşilçay Gümüşlük kurortunda çimərlikdə olarkən bikinidə fotoları çəkilmiş və mediada yayılmışdı. Bu fotolarda aktrisanın vücudundakı sellülitlər, izafi çəki aşkar görünürdü.
 

Bu fotolar yayılandan sonra aktrisa qaldığı otelin rəhbərliyi ilə dava etmiş, başqa otelə köçmüşdü.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, Nürgül Yeşilçay Bodrumdakı yeni otelə yollananda da başına iş gəlib. Onun avtomobilini arxadan gələn maşın vuraraq əzib.
 

Qəzadan sonra əsəbləri pozulan Yeşilçay əşyalarını toplayaraq İstanbula gedib.
 

Amma o, Bodrumda satın aldığı iki heykəlciyi oteldə unudub gedib.
 

Böyütmək üçün şəkillərə klikləyin: