Məşhur türk müğənnini süpürgəçi döydü

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin ən populyar müğənnilərindən olan Halil Sezai amansızcasına döyülüb.
 

Uzun müddətdən bəri Bodrumda istirahətdə olan H.Sezai Gümüşlük bölgəsindəki gecə barlarından birində axşam saatlarında içməyə başlayıb.
 

Eyş-işrət məclisi dan yeri sökülənədək davam edib.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, səhər saat 7-də barı tərk edən Halil Sezai bulvarda gəzişməyə başlayıb. Uca səslə mahnı oxuyan və əlindəki pivə butulkasından qurtum-qurtum pivə içən müğənni sonucda bulvarın bitdiyi yerə çatıb.
 

Burada boş pivə butulkasını zibil yeşiyinin yanına atan müğənni qəfil etirazla qarşılaşıb.
 

Süpürgəçi kişi müğənniyə "Butulkanı niyə zibil konteynerinə qoymayıb, yerə atırsınız?!" deyib.

Halil Sezai süpürgəçiyə söyəndə isə döyülüb, yaralanıb.
 

Səs-küyə yığışan adamlar təcili yardım çağırmaq istəsələr də, Halil Sezai istəməyib və qaldığı otelə yollanıb.