Vüqar: "Kənan M.M. məni sındırmaq istəyirdi" Day.Az представляет новость на азербайджанском языке.

Müğənni Vüqar Muradov rejissor Kənan M.M.-lə aralarında baş verən davaya aydınlıq gətirib.

Sənətçi aznews.az-ın suallarını cavablandırıb:

- Vüqar, bu gün həbs olunan rejissor Kənan M.M.-lə dava etdiyiniz və onun saxlanmasının da məhs buna görə baş verməsi barədə xəbərlər yayılıb. Bilmək istərdik, hadisə necə baş verdi?

- 15 nəfər idmançı ilə üstümə gəlmişdi. Yanındakılardan biri məşqçisi Emil Hacıyev idi. Yaxşı ki, qarşısı alındı. 15 nəfər üstümə hücuma gəlmişdi. Mən isə qardaşımlaydım.

- Xəsarət almısınız?

- Yox, xəsarət almamışam.

- Siz 2 nəfərlə 15 nəfər idmançıya qarşı necə müdafiə olundunuz?

- Müdafiə olunduq, Allahın izniylə. Birtəhər vəziyyətdən çıxdıq.

- Məsələyə dərhal polis qarışdı?

- Bəli.

- Hadisə harada baş verib?

- Mən avtomobilimi düzəltdirirdim. Usta yanında idim.

- Yəqin ki, münasibətləriniz "Ulduzların döyüşü" telelayihəsindən sonra gərginləşmişdi.

- Bəli, elədir.

- Bəs nə baş verdi ki, münasibətlər bu qədər gərginləşdi?

- Üstümə məni sındırmaq məqsədilə gəlmişdi. Həmin layihədə məğlubiyyətilə barışmadığı üçün məni sındırmaq istəyirdi.

- İçinizdə ona qarşı kin qalıb?

- Bağışlayıram. Mən kişiyəm, mənim şərəfim var. Mənə yaraşmaz. Birinci növbədə insanam.

- Polisdə sizi üzləşdirdilər yəqin ki...

- Bəli, üzləşdik. Bu barədə daha artıq danışmaq istəmirəm, bağışlayın.