Türk seriallarının çəkildiyi evə od vurdular

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin populyar teleseriallarından olan "Hanımın çiftliği" və "Dila hanım"ın çəkilişlərinin aparıldığı villaya od vurulub.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, Adanın Yüregir səmtində yerləşən, Derya Umara aid ikimərtəbəli villanı yandıran şəxs və ya şəxslərin kimliyi bilinmir.
 

Kimsənin yaşamadığı villada yanğın qısa zamanda genişlənib.
 

Polis olayla bağlı araşdırmalara başlayıb.