ATV-nin şou-proqramı bağlandı Day.Az представляет новость на азербайджанском языке.


ATV-də yayımlanan "Bığ" şou tamaşaçıları ilə vidalaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, verilişin aparıcıları Şəhriyyar ƏbilovCavid Gül proqramla bağlı danışıblar. C.Gül yeni mövsümdə fərqli layihə ilə efirə qayıdacaqlarını bildirib:

"Elə müğənnilər oldu ki, çağırdıq, gəlmədilər, özlərini dağ başına qaldırdılar. 2013-cü ildə sentyabrın sonunda efirə çıxdıq. Bu müddət ərzində izləyici üçün maraqlı olacaq hər şeyi etdik. Amma yenə də alınmadı, getməli olduq".

Ş.Əbilov tamaşaçılarla vidalaşmaq istəmədiklərini söyləyib:
  

"Veriliş boyunca aktyorluq etdik, şou göstərdik. Sevildik. Sənət adamları ilə gözəl münasibət qurduq. Heç kimin xətrinə dəymədik. Ona görə də hər zaman bizim verilişə sevinə-sevinə gəldilər. Bu da son... Əslində getmək istəmirik... Tamaşaçılarımızı sevirik".

Qeyd edək ki, "Bığ" şounun sonuncu buraxılışında müğənni Elnur Məmmədov, Səbinə Babayeva, meyxanaçı Namiq Qaraçuxurlu və digərləri sevilən mahnılarını səsləndiriblər.