Murat Gögebakanın oğlu danışdı: "Atam dedi ki..." Day.Az представляет новость на азербайджанском языке.

Bu gün səhər saatlarında vəfat etmiş məşhur türk müğənni və bəstəkar Murat Gögebakanın oğlu İsmayıl Gögebakanın dediyinə görə, atasının vəsiyyətini yerinə yetirəcək.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, İ.Gögebakanın dediyinə görə, atası martın 22-də Samsunda qatıldığı bir tədbirdə ona vəsiyyət edib.
 

Səhnədə olarkən xəstəliyindən danışan Murat Gögebakan daha sonra oğluna söyləyib: "İlkadımın bələdiyyə sədri Erdoğan Tok mənə zəng vurdu, "Nə isə edə biləriksə, qardaşların burada hazır" söylədi. Günlərin birində ölsəm get, bu adamdan halallıq al".
 

Xərçəng xəstəsi Murat Gögebakan İstanbulda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
 

O, vəsiyyətinə uyğun olaraq doğulduğu Adana şəhərində babası Həsən, əmisi İsmayıl və nənəsi Sultan Gögebakanın məzarlarının yanında torpağa veriləcək.