Kamil Zeynalov həbs olunması barədə danışdı - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке.

---------
13:23

Tanınmış məşqçi Kamil Zeynalov yol polisi tərəfindən saxlanılması ilə bağlı yayılan xəbərə publika.az vasitəsi ilə cavab verib:

"Kobudluq çıxmasın, mən hələ elə harınlamamışam ki, dövlət işçisinə, yaxud da polisə əl qaldırım. Hazırda ailəmlə birlikdə Qaxda istirahət edirəm".

Qeyd edək ki, Kamil Zeynalovun yol polisi tərəfindən saxlanıldığı və hazırda Bakı Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında olduğu deyilirdi.

Onun saxlanmasına səbəb yol polisi ilə mübahhisə edərək əl qaldırması olub. Məlumata görə, şəhərin mərkəzi küçələrinin birində yol polisi onun "Hummer" markalı avtomobilini saxlayıb. K.Zeynalov avtomobildən düşərək polisə əl qaldırıb və bir də onun avtomobilini saxlamamağı tapşırıb.

Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynalov mügənni Gülay Zeynalovanın həyat yoldaşıdır.

---------
09:38

Tanınmış məşqçi Kamil Zeynalov yol polisi tərəfindən saxlanılıb.
 

Milli.Az publika.az -a istinadən bildirir ki, hazirda idmançı Bakı Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasındadır.

Onun saxlanmasına səbəb yol polisi ilə mübahhisə edərək əl qaldırması olub. Məlumata görə, şəhərin mərkəzi küçələrinin birində yol polisi onun "Hummer" markalı avtomobilini saxlayıb. K.Zeynalov avtomobildən düşərək polisə əl qaldırıb və bir də onun avtomobilini saxlamamağı tapşırıb.
 

Beləliklə, Kamil Zeynalovla polis arasında yaşanan insident nəticəsində saxlanılıb.

Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynalov mügənni Gülay Zeynalovanın həyat yoldaşıdır.