ATV-dən şəhidlərin ölümünə reaksiya

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranan atışma nəticəsində ölkəmizi müdafiə edərkən şəhid olan həmvətənlərimizin ölümünə ATV kanalından reaksiya gəldi.
 

Milli.Az-ın məlumatına görə, səhər saatlarında musiqili verilişlərlə efirə çıxan telekanalların arasında strategiyanı ilk dəyişdirən ATV kanalı olub.

ATV telekanalının "Mətanətlə Gündəlik" verilişinin layihə rəhbəri Namənd Rüstəmovun aktual.az-a verdiyi məlumata görə, telekanal rəhbərliyinin qərarı ilə "Mətanətlə Gündəlik" və "Öz aramızda" proqramlarının çal-çağırlı sezon finalı təxirə salınıb.