Hamilə türk aktrisa qəzaya düşdü - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin gənc və populyar aktrisalarından olan Pelin Karahan qəzaya düşüb.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, hamiləliyin 6-cı ayında olan aktrisa P.Karahan əri Bedri Güntay ilə birlikdə dünən İstanbuldakı gecə klublarından birində idi.
 

Klubdan çıxan ərlə arvad avtomobillərinə tərəf gediblər və Pelin sükan arxasına oturub. O, mühərriki işə salan kimi qaza basdığı üçün avtomobil qarşıdakı maşına dəyib.
 

Qəza yüngül olduğu üçün P.Karahan və əri heç bir xəsarət almayıblar.

Böyütmək üçün şəkillərə klikləyin: