Azərbaycanlı məşhurların avtomobilləri: kim nə sürür? - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Bu günlərdə müğənni Nadir Qafarzadə yeni avtomobili ilə yeni müzakirə mövzusu açdı. O, 120 min manatlıq "Maserati" alıb. Bəs görəsən, başqa sənətçilərin hansı markalı avtomobilləri var?


 

Milli.Az aznews.az-a istinadən bildirir ki, xalq artisti Alim Qasımov "Hyundai Sonata" sürür. O, çox da baha olmayan bu avtomobilindən razıdır: "Rahat idarə edirəm. Xoşuma gəlir".


 

Əməkdar artist Aybəniz Haşımova isə "Nissan" markalı avtomobil alıb. Özünün dediyinə görə, avtomobili kreditlə alıbmış: "Vallah, mənim maşınlardan başım çıxmır. Amma qalmışdım taksilərdə, abrım-həyam getmişdi. Adamın maşını olar da. Axırda dedim ki, yox ey, birini almalıyam. Gedib "Nissan" aldım. Düzdür, özüm idarə etmirəm. Qohumlarım haraya lazımdırsa, aparıb-gətirirlər. Özü də iki aydır ki, kreditini ödəyib qurtarmışam".


Əməkdar artist Baloğlan Əşrəfov son model "Toyota Land Cruiser"də gəzir: "Bir il var ki, bu maşını aldım. Son modeldir. Özü də nağd qiymətə. Həyatım boyu kredit nədir bilməmişəm. Heç vaxt kreditlə nəsə almamışam, almaram da. Səhv etmirəmsə, bu, oğluma 76 min manata gəlib".


 

Əməkdar artist Cavanşir Məmmədov 1 milyonluq "Rolls Royce"unu dəyişmək fikrində deyil. Onun sözlərinə görə, belə bir bahalı avtomobili min bir əziyyətlə alıb: "Mən başqaları kimi fonoqram oxuyub maşın almıram. Halal sənətimlə almışam. Sənətimin müqabilində olub hər şey. Maşını özüm idarə edirəm. Özüm sağamsa, niyə başqası mənim maşınımı idarə etməlidir?"


Xalq artisti Bilal Əliyevin avtomobili də, onun nömrəsi də ucuz deyil. O, son model "Volkswagen Touareg" sürür: "Mən son model "Touareg" sürürəm. Nağd almışam. Nömrəsi də 007-dir".


 

Əməkdar artist Zaur Əmiraslanov "Mitsubishi ASX" sürür: "30 minə almışam. Özü də nağd qiymətə. Çox rahatdır".


 

Müğənni Manaf Ağayev isə idarə etdiyi avtomobili çoxdan aldığını deyir: "Mən "Lexus" sürürəm. Çoxdan almışam. Mənim kreditlə işim olmaz. Nağd qiymətə almışam".