Türk filmində Kıvanc problemi Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin populyar aktyorlarından sayılan Burak ÖzçivitFahriye Evcenin baş rolları paylaşdıqları "Aşk sana bənzər" filminin çəkilişlərində aktyor Kıvanc Tatlıtuğla bağlı problem yaranıb.

Milli.Az AHT-yə istinadən bildirir ki, Fahriye Evcen filmdə çəkilməklə yanaşı, "Kurt Seyid və Şura" teleserialında Kıvanc Tatlıtuğun oynadığı "Kurt Seyid"in xanımı "Murka" obrazını yaradır.

Aktrisa filmin çəkilişləri ilə bağlı olaraq serialdan ayrılmaq istəmədiyini deyib. Üstəlik, Kıvanc Tatlıtuğ da "Murka" rolunda başqa aktrisa ilə oynamaq fikrində olmadığını israrla bildirib.