"Kara para aşk" rekord vurur

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin ATV telekanalında nümayiş olunan "Kara para aşk" teleserialı yeni rekorda nail olub.

Milli.Az AHT-yə istinadən bildirir ki, teleserial Yaxın Şərqdəki 22 ölkə ilə yanaşı, Pakistan, Qazaxıstan, Gürcüstan, Bolqarıstan və İsrail telekanallarında da göstərilməyə başlanıb.

2-ci mövsümünün ilk seriyası sentyabrın 3-də nümayiş olunacaq "Kara para aşk" Yunanıstanda 25 faizlik reytinq qazanılıb. Teleserialda baş rollarda oynayan Engin AkyurekTuba Büyüküstün isə Yunanıstanla yanaşı, Bolqarıstanda "ən gözəl aktyor cütlük" seçilib.