Beren Saat yeni işi ilə heyrətləndirdi - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin populyar aktrisalarından olan Beren Saat biznes fəaliyyətinə başlayıb. Teleseriallar, filmlər və reklamlara çəkilişlərdən əldə etdiyi pullara o, restoranlar şəbəkəsi yaratmağa qərar verib.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, Beren Saat şəbəkənin ilk restoranını bir zamanlar təhsil aldığı Bilkent Universitetində açıb. Açılış mərasiminə Beren saat əri Kenan Doğulu ilə yollanıb.
 

Bununla yanaşı, aktrisa əri Kenan Doğulu, iş adamı Mehmet Mutlu və memar Abdullah Burnaz ilə şərik olaraq "Bidon Gida" adlı şirkət yaradıb.
 

Şirkətə müdir vəzifəsinə isə aktrisa kiçik qardaşı Cem Saatı təyin edib.
 

Böyütmək üçün şəkillərə klikləyin: