Oksana Rəsulova Hindistanda yenə birinci oldu Day.Az представляет новость на азербайджанском языке.

Rəqqasə Oksana Rəsulova Hindistanda keçirilən "İndias Best Cine Star Ki Khoj" rəqs yarışmasındakı növbəti çıxışı ilə də münsifləri və tamaşaçıları təəccübləndirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ən çox səs toplayan iştirakçı seçilərək, həftənin toxunulmaz siması olub. Bu haqda sosial şəbəkədə yazan Oksana hər kəsə təşəkkür edib:

"Kim ki mənə səs verib, dəstək olubsa, minnətdaram. Sizin sayənizdə ikinci dəfədir ki, həftənin toxunulmazı oluram. Buna tamaşaçılar qərar verdilər. Var olun".

Qeyd edək ki, şou Hindistanın ən məşhur kanalı olan ZEE TV-də hər həftənin şənbə və bazar günü yayımlanır.