Türk müğənninin gizli toyu - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin gənc və sevilən müğənnisi Gökhan Türkmən yeni ayda ömründə yeni səhifə açıb.

Anspress-in məlumatına görə, fərqli musiqi seçimləri ilə diqqət çəkən məşhur türk müğənnisi Gökhan Türkmən sentyabrın ilk gecəsi səssiz-sədasız, gizli şəkildə toy şənliyi keçirib.

Müğənni, təxminən 1 ildir sevgili olduğu Sinem Aksoyla evlənib. Sürpriz şəkildə keçirilən evlilik mərasimində bir sıra tanınmışlar da qonaq qismində iştirak ediblər. Diqqət çəkən məqamlardan biri də müğənninin toy günündə də öz imicinə sadiq qaldığı - saqqalını təraş etmədiyi olub.

Başqa bir müğənni Keremcem isə "Instagram" hesabından paylaşdığı fotoşəkildə, "Gökhanımın xoşbəxt toyundan..." yazaraq həmin sevincli anları izləyiciləri ilə bölüşüb.

Böyütmək üçün şəkillərə klikləyin: