Məşhur türk aktyor sevgilisini möhkəm döyüb - FOTO
Türkiyənin populyar aktyorlarından olan Ahmet Kural sevgilisi Naz Çekemi möhkəm döyüb. Davada N.Çekemin barmağı qırılıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, Naz Çekem Beyaz TV telekanalındakı "Söylemezsem olmaz" proqramına zəng vuraraq deyib: "Heç yaxşı deyiləm. Ahmet Kuralı nə əvvəl, nə də indi sevməmişəm. Barmağımı niyə qırdığını da anlamıram. Üç gecədir yata bilmirəm. Səhər saat 5-də yatıb 7-də dururam. Bu işi bağışlamaq niyyətində deyiləm. Çünki Ahmet məndən üzr də istəmədi. Yaxın günlərdə məhkəməyə üz tutacağam".
Naz Çekemin dediyinə görə, olay gecəsi Ahmet Kural yaxın dostu Fettah Canın toyundan sərxoş vəziyyətdə gəlibmiş.
"Məni gördü, yanına çağırdı. Söydü, vurmaq istədi. Sonra barmaqlarımı tutub sıxdı və bir barmağını qırdı. Ahmet Kuralın pərəstişkarları deyirlər ki, guya onun hesabına populyar olmaq istəyirəm. Qoy Ahmet də onlara söysün, barmaqlarını qırsın - onda bilərlər nə çəkdiyimi", - Naz Çekem deyib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре