Tanınmış türk aktrisanın burnu sındı - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Tanınmış türkiyəli aktrisa Ceyda Ateşin burnu sınıb.

Axşam.az-ın "Hürriyət"ə istinadən məlumatına görə, aktrisa rol aldığı "Yılanların öcü" serialının şərəfinə təşkil olunmuş gecədə əylənərkən, rəqs edənlərdən birinin dirsəyi ona dəyib. Nəticədə burnu sınan gənc ulduz təcili xəstəxanaya aparılaraq bir müddət Bakıda da fəaliyyət göstərən həkim Həyati Akbaş tərəfindən əməliyyat olunub.

C.Ateş bildirib ki, 7-10 gün sonra çəkiliş meydançasına qayıdaraq serialdakı roluna davam edəcək.

Qeyd edək ki, aktrisa "Yılanların öcü" serialında Zahidə obrazını canlandırır.

Böyütmək üçün şəkillərə klikləyin.