Məhkəmə qərarı: "Aygün Kazımova üzr istəməlidir"

Day.Az представляет новость на азербайджанском языке.


Müğənni Natavan Həbibinin xalq artisti Aygün Kazımovaya qarşı şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsinə dair qaldırdığı iddia tələbi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, Natavan Həbibinin vəkili Fərid Həsənovun verdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsinin son qərarına əsasən Aygün Kazımova Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu haqqında yaydığı yalan məlumatları təkzib etməli və işlətdiyi təhqiramiz ifadələrə görə üzr istəməlidi.
 

Məhkəmədən dərhal sonra Publika.az-a yazılı açıqlama verən Natavan deyib ki, neçə illərdi Aygün Kazımovanın şər və böhtanlarına dözür. "Amma ona cavab vermədiyimdən istifadə edərək ailəmə də şər atdı", deyən müğənni həmkarına mesaj ünvanlayıb: "Bir daha deyirəm sən nə sənətdə, nə də dövlətin qanunları ilə mənə qalib gələ bilməyəcəksən. Çünki qanun haqqın tərəfindədi. Dəfələrlə mənim erməni olmağım barədə yalan danışmısan. Xalqımızı öz yalan və böhtanlarına inandırmağa çalışmısan. Ancaq xalqımız ağı qaradan seçməyi bacarır və sənin yalanlarına inanmır. Bir daha mənə qalib gəlmək haqqında düşünmə. Yadında saxla ki, düz həmişə əyrini kəsir. Mən düzəm", - deyə Həbibi əlavə edib.