Polis işçisi toyda Elgizdən nə istədi? - VİDEO Day.Az представляет новость на азербайджанском языке.

Teleaparıcı Elgiz Əkbər "Adam içində" verilişində toylara tamada kimi getmədiyini və artıq buna tövbə etdiyini deyib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, o bunu axırıncı getdiyi toyda başına gətirilənlərlə əlaqələndirib. Aparıcı toy məclisində polis forması geyinən bir nəfərin ona yaxınlaşdığını və ondan mahnı oxumasını tələb etdiyini bildirib:

"Həmin şəxs mənə yaxınlaşaraq: "Elgiz, maa bir ana mahınısı oxu. Elə oxu ki, mən ağlayım", - dedi".

Aparıcı bundan sonra toyda narazılığın böyüdüyünü və bu hadisənin ardından bir daha toylara tamada kimi getməməyə özünə söz verdiyini qeyd edib.

Videonu izləmək üçün şəklə klikləyin:

фото