Azərbaycanlı aktrisa Türkiyənin ən yaxşısı oldu

Day.Az представляет новость на азербайджанском языке.


Türkiyənin Antalya şəhərində 51-ci Beynəlxalq "Qızıl Portağal" film festivalında mükafatlandırma mərasimi keçirilib.

Milli.Az anspress-ə istinadən bildirir ki, "Ən yaxşı film" nominasiyasında "Quzu" filmi qalib gəlib. "Ən yaxşı rejissor" mükafatını da bu filmin rejissoru Qutluğ Ataman qazanıb.

"Ən yaxşı aktrisa" adını isə Türkiyənin bir çox məşhur serial və filmlərində çəkilən azərbaycanlı aktrisa Nəzrin Cavadzadə almağa müvəffəq olub.

Yarışmada "ən yaxşı film" nominasiyasında qalib seçilən "Quzu" filminə 350 min türk lirəsi pul mükafatı verilib.