Günay Musayeva siyasi filmə çəkilir

Day.Az представляет новость на азербайджанском языке.


Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva prezident Rəcəb Tayyib Ərdoğanın nazirlik dövründən bəhs edəcək filmdə rol alacaq.

Qafqazinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, "17 dekabr əməliyyatları"ndan bəhs edəcək "Kod adı K.O.Z" adlı filmdə Ərdoğanı Orhan Kılıç canlandıracaq. Filmdə eyni zamanda Hazım Körmükçü, Tolga Karel, Hakan Ural, Günay Musayeva da rol alacaqlar. Baş rollardan birini ifa edəcək Musayeva Məryəm obrazını canlandıracaq.

Qeyd edək ki, noyabrda çəkilişləri başlayan film fevralda nümayiş olunacaq.