Azərbaycanlı aparıcı qardaşının toyuna getmədi Day.Az представляет новость на азербайджанском языке.

Səxavət Nurun qardaşı Elgünün toyunun baş tutması iə bağlı sizə xəbər vermişdik Milli.Az gecce.az-a istinadən xəbər verir ki, toyların birində qarşılaşan Elgün Günel cütlüyü tezliklə sevgilərini rəsmiləşdirməyi düşünüblər.

"Günel ilə aparıcılıq və müğənnilik etdiyim toyların birində rastlaşdım. Qrup yoldaşının toyu idi. Yaxınlaşmağa ürək etmədim. Bu ilk baxışda məhəbbət idi. İlk baxışdan mən ona vuruldum. Hazırda yanımdadırsa, sevgimin arxasınca getdiyim üçündür. Onu çox sevirəm".

Xatırladaq ki, hazırda Amerikada yaşayan Səxavət Nur qardaşının ən şad günündə iştirak edə bilməyib. Bu hadisə isə ən çox Səxavətin anasını təəssüfləndirib:

"Çox həyəcanlıyam. Səxavətin toyunda heç belə həyəcanlı deyildim. Oğlumun burada olmaması da məni üzür".