Azərbaycanlı müğənni əməliyyat olundu

Day.Az представляет новость на азербайджанском языке.

Müğənni Yaşar Cəlilov ayağından cərrahiyyə əməliyyatı olunub.
 

Milli.Az xəbər verir ki, ifaçı axşam.az-a bildirib ki, hazırda özünü yaxşı hiss edir:

"Yaydan bəri narahatlıq hiss edirdim, rahat yeriyə bilmirdim, ayağımı yerə çətinliklə basırdım. Ağrı get-gedə güclənirdi, amma fikir vermirdim. Son vaxtlar isə demək olar ki, addımlamağım çətinləşdi. Həkimə müraciət etdim. Müayinədən sonra ayağımda iltihab olduğu müəyyən olundu. Dərhal cərrahiyyə əməliyyatı edildi. Sən demə, nə vaxtsa ayağıma taxta tilişkəsi girib, mən də fikir vermədikcə ciddi ağrılara və iltihaba səbəb olub. Əməliyyat uğurla keçdi. Bir neçə tikiş qoyuldu".