Müğənnilərin toy qiyməti - SİYAHI Day.Az представляет новость на азербайджанском языке.

"Hər şey daxil" verilişi sənət adamları arasında sorğu apararaq onların toy qiymətlərini öyrənib.

Milli.Az axşam.az-a istinadən müğənnilərin toy qiymətini təqdim edir:

Müğənni Sevda Yahyayeva - Mən toy qiymətimi standart edə bilərəm. Amma elə insan var ki, gücü çatmır, az pul verir. Mən də müraciət edənin büdcəsinə uyğun qiymət deyirəm.

Müğənni Səidə Sultan - ayda 4-5 toya gedirəm. Ümumi gəlirim isə 7 minə yaxın olur.

Xalq artisti Faiq Ağayev - 12 min manat.

Əməkdar artist Baloğlan Əşrəfov - 4 min manat.

Əməkdar artist Aygün Bəylər - 6 min manat.

Əməkdar artist Könül Xasıyeva - 3 min manat.

Müğənni Elçin Hüseynov - 4 min manat.

Müğənni Elton Hüseynəliyev - 10 min manat.

Müğənni Xatirə İslam - 6 min manat.

Müğənni Zamiq Hüseynov - 8 min manat.