Azərbaycanlı müğənninin səsini batırdılar

Day.Az представляет новость на азербайджанском языке.


Müğənni Tacir Şahmalıoğluna təxribat olunub.

Milli.Az gecce.az-a istinadən bildirir ki, ifaçının dediyinə görə, toyların birində çayına atılan maddə ucbatından səsi batıb.

"Bir müddət öncə şadlıq saraylarının birində çayıma nəsə qatmışdılar. Çayı içəndən sonra durdum oxumağa gördüm ki, səsim çıxmır. Heç danışa da bilmirdim. Mənə dedilər ki, ola bilsin təsadüfdür. Amma bilirəm təsadüf deyil. Restoranda da 500 adam vardı. Hardan bilim kimdir? İndi müğənninin səsini batırmaq üçün çayına kül atanlar da var. Kül 20 dəqiqənin içində səsi batırır", - T.Şahmalıoğlu deyib.