Şəbnəm Tapdıq: "Gedib özümü göstərim, bilsinlər ki, belə bir ifaçı da var"

Day.Az представляет новость на азербайджанском языке.


Müğənni Şəbnəm Tapdıq "Space" telekanalında yayımlanan "Günaydın" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı onun paxıllığını çəkənlərin çox olduğunu deyib. Aparıcının: "Eşitdik ki, baş götürüb Rusiyaya getmək istəyirsiniz?" sözlərinə sənətçi belə cavab verib:

"Özümü kənarda da sınamaq istəyirəm. Mənim fransız dilində oxuduğum mahnıları Rusiyada ayaqüstə alqışlayırdılar. 1989-cu ildə Ankarada Türkiyənin keçmiş mədəniyyət naziri Namiq Kamal Zeybək məni dinlədi və orkestrlə birlikdə mənə bir proqram hazırladılar. Xalq mahnıları ilə yanaşı, türk nəğməsi də oxudum, çox gözəl qarşıladılar. Mənə dedilər ki, qal, burada işlə".

Ş.Tapdıq bunun üçün indi də gec olmadığını və hazırda qardaş ölkədə yayımlanan səs yarışmalarında iştirak edə biləcəyini də deyib:

"Ola bilsin ki, Türkiyədəki səs yarışlarına qatıldım. Gedib özümü göstərim, bilsinlər ki, belə bir ifaçı da var".